CƏMİYYƏT


Milli Məclisin regional məsələlər komitəsinin iclasında ərazi mübahisələri ilə bağlı məsələlərə baxılıb VİDEO

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arif Rəhimzadə gündəliyə əsasən yeddi məsələyə baxılacağını, bu məsələlərin hamısının ərazi mübahisələri ilə bağlı olduğunu deyib. Bildirilib ki, Azərbaycanda ərazi vahidlərinin sərhədləri dəqiqləşdirilir və xəritə çəkilir. Bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsi xeyli iş görüb və rayonların əksəriyyətində bu işi tamamlayıb. Bununla belə, 59 ərazi vahidində müəyyən mübahisələr yaranıb.

Komitə sədri qeyd edib ki, ərazi mübahisələri ilə əlaqədar Milli Məclisə yeddi müraciət daxil olub. Komitənin daxili iclasında bu məsələlərə baxılıb. Qərara alınıb ki, Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və Şamaxı rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Hacıqabul Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayonu ilə Şabran rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Xaçmaz Rayon İcra Hakimiyyətinin, Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair Binəqədi Rayon İcra Hakimiyyətinin, Abşeron rayonu ilə Bakı şəhərinin Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Abşeron Rayon İcra Hakimiyyətinin, İmişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair İmişli Rayon İcra Hakimiyyətinin, Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Ağcabədi Rayon İcra Hakimiyyətinin müraciətlərinə baxılması üçün üç işçi qrup yaradılsın.

Əvvəlki tanışlıq zamanı məlum olub ki, bəzi rayonlar, inzibati ərazi vahidləri qeyri-qanuni şəkildə digər rayonların ərazisinə daxil olublar. Belə mübahisələr diqqətlə araşdırılmalı və həll edilməlidir.

İclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.