SİYASƏT


Milli Məclisin sabahkı iclasında 36 məsələyə baxılacaq

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 36 məsələ müzakirə olunacaq.

Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılacaq. Daha sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Deputatlar “Vətəndaşların müraciətləri haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxacaqlar. Bundan başqa, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi barədə müzakirə aparılacaq.

İclasda, həmçinin Əmək, İnzibati Xətalar, Mənzil, Cinayət, Mülki, Vergi və Gömrük məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.