CƏMİYYƏT


Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə 2016-cı il payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri barədə məlumat verib.

Komitə sədri bildirib ki, hesabat dövründə 3 iclas keçirilib. Səkkiz məsələ müzakirə edilib ki, bunlardan da 7-si qanun layihəsi olub.

Hesabat dövründə komitəyə 174 ərizə və şikayət daxil olub, komitə adından müxtəlif orqanlara aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün 155 məktub göndərilib. Ötən dövrdə komitə sədri tərəfindən 52 vətəndaş qəbul edilib.

Milli Məclisin deputatları komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, yaz sessiyasının iş planını təsdiqləyiblər.

Yaz sessiyasında “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin hazırlanması, gözün buynuz qişasının transplantasiyası və optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklər edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.