REGİONLAR


Milli Mətbuatımızın 142-ci ildönümü Sumqayıtda qeyd edilib

Sumqayıt, 22 iyul, AZƏRTAC 

“Azərikimya” İstehsalat Birliyində Milli Mətbuatımızın 142-ci ildönümü münasibətilə jurnalistlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, kimyaçılarla əməkdaşlıq edən media nümayəndələrinin iştirak etdiyi tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev jurnalistləri peşə bayramları münasibətilə təbrik edib.

Tədbirdə ötən dövrdə “Azərikimya” İB-də görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən və perspektiv planlardan söhbət açılıb, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin və şəhər bələdiyyəsinin də qonaqları olublar.

Görüşlərdə ölkəmizdə media nümayəndələrinə göstərilən diqqət və qayğıdan, demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, həyata keçirilən ardıcıl islahatlardan söz açılıb.

Eyni zamanda, Sumqayıtda aparılan quruculuq işlərindən danışılıb, şəhərin son illərdə öz simasını tamamilə dəyişdiyi vurğulanıb, həyata keçirilmiş layihələr barədə məlumat verilib.

Jurnalistlərlə görüş süfrə arxasında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.