REGİONLAR


Milli Mətbuatımızın yaranmasının 141-ci illiyi Şəmkirdə qeyd olunub

A+ A

Şəmkir, 22 iyul, Famil Quliyev, AZƏRTAC

22 İyul - Milli Mətbuat Günü Şəmkirdə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Qüarət Əliyev açaraq mətbuat işçilərini təbrik edib. Bildirilib ki, Azərbaycanda Milli Mətbuat Günü 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin buraxıldığı gündə qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mətbuat Şurası yaradılıb və mətbuat haqqında müvafiq qanunlar qəbul olunub. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub.

Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə, “Xalq qəzeti”nin, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri və digərləri çıxış edərək, mətbuata göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra konsert proqramı nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.