MƏDƏNİYYƏT


Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında konsert

A+ A

Bakı, 17 sentyabr, Flora Şükürova, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb. O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.

S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib.

Bildirilib ki, Ü.Hacıbəyli, həm də pedaqoji fəaliyyətlə də məşğul olub. O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsində, irəli çəkilməsinə xüsusi önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri əvəzsizdir.

Sonra Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert proqramı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.