MƏDƏNİYYƏT


Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yaradıcılıqlarında yeni uğurlar arzulayıb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu bayram Azərbaycan musiqi ictimaiyyətinə böyük töhfədir.

Ə.Qarayev vurğulayıb ki, Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq. Bildirib ki, eyni zamanda, sentyabrın 18-i Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad günüdür.

Əbülfəs Qarayev hazırda II Şəki Beynəlxalq Teatr Festivalının keçirildiyini diqqətə çatdıraraq bu festivalda dünyanın müxtəlif sənət ocaqlarının tanınmış kollektivlərinin iştirak etdiyini bildirib. Festival günlərində Üzeyir bəyin də əsərlərinin nümayiş olunacağını söyləyib.

Nazir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəylinin adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalı bütün musiqisevərlərə gözəl bir hədiyyə olacaq. Belə ki, sentyabrın 18-dən start götürəcək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək.

Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.