CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bölgələrdə müayinələr keçirəcək
Bakı, 12 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 12-15-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz ilkin göz müayinəsi aparılacaq. Müayinə zamanı görə laborator yoxlaması və əməliyyat proseduru həyata keçiriləcək.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların müayinə, laborator yoxlaması və əməliyyatlar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən aparılacaq.
“Regional İnkişaf” İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən müxtəlif xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. İctimai Birlik həmin müraciətlərin təhlili nəticəsində mütəmadi olaraq, regionlarda səhiyyə ilə bağlı müxtəlif sosial layihələr, ödənişsiz tibbi müayinələr təşkil edir.