REGİONLAR


Milli Oftalmologiya Mərkəzinin həkimləri Texnologiya Universitetində tibbi aksiya keçirib

A+ A

Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisləri Azərbaycan Texnologiya Universitetində müayinə aksiyasi keçirib. Mərkəzin peşəkar həkimlərindən ibarət qrup iki gün ərzində müasir diaqnostik avadanlıqlar vasitəsilə universitetin 200-ə yaxın tələbə və əməkdaşını müayinə ediblər.

AZƏRTAC xəbər verir ki, müayinədən keçənlərdən bir qrupuna onlarda aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.

Universitetin kollektivi xeyirxah aksiyaya görə həkimlərə minnətdarlıqlarını bildiriblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisi Səbinə Məcidova bu cür aksiyaları vaxtaşırı keçirməyə, eyni zamanda, ortaya çıxan patologiyaların müalicəsi üçün hər cür köməklik göstərməyə hazır olduqlarını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.