CƏMİYYƏT


Milli Onkologiya Mərkəzi Naxçıvan Muxtar Respublika Xəstəxanasında elmi-praktik konfrans keçirəcək

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 15-dən 17-dək Naxçıvan Muxtar Respublika Xəstəxanasında Milli Onkologiya Mərkəzi (MOM) tərəfindən “Onkoloji xəstələrin müayinə və müalicəsində müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a MOM-dan məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 15-16-da MOM-un mütəxəssisləri tərəfindən profilaktik müayinələr aparılacaq. Eyni zamanda, iyunun 16-da professor Əziz Əliyev nümunəvi cərrahiyyə əməliyyatları həyata keçirəcək.

İyunun 17-də isə mövzuya dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.