İDMAN


Milli Paralimpiya Komitəsində İcraiyyə Komitəsinin iclası olub

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Komitənin V hesabat-seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nın baş katibi haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Nizamnamənin tələblərinə uyğun olaraq, 2017-ci ilin fevralında ARMPK-nın V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və bununla bağlı Təşkilat Komitəsi yaradılıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

İcraiyyə Komitəsinin qərarı ilə ARMPK-nın baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.