İDMAN


Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika turnirinə yekun vurulub

Bakı, 23 dekabr, AZƏRTAC

Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə beynəlxalq turnirə yekun vurulub.

Ağır Atletika Akademiyasının yarış zalında keçirilən “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, turnirdə körpücük üzərinə son olaraq veteran atletlər çıxıblar. Maraqlı idman mübarizəsinin sonunda qızıl medala türkiyəli atlet, 68 yaşlı Salih Süvar sahib olub. Gümüş medala Azərbaycan təmsilçisi Vladimir Jilyayev, bürünc medala isə israilli Tolik Muşik layiq görülüb.

Xatırladaq ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilib. Yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.

Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.