MƏDƏNİYYƏT


Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş sənədli film çəkilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Noyabrın 3-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan “Samidə məktub” sənədli filmi nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, “Yaddaş” Sənədli Filmlər Studiyasında hazırlanan ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Ömər Kutiyev, səs rejissoru Teymur Abdullayev, prodüseri Cavid İmamverdiyev və montajçısı Ələkbər Hümbətovdur. Xronometrajı 16 dəqiqə olan film aprel döyüşlərində şəhid olmuş, Milli Qəhrəman Samid İmanova həsr olunub.

Filmin çəkilişləri Bakı və Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Neftçala şəhərində aparılıb. Film “Yaddaş” Sənədli Filmlər Studiyasının “Milli qəhrəmanlar” silsiləsində lentə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.