MƏDƏNİYYƏT
Milli Qəhrəmanın xatirəsi yad edilib
Bakı, 23 may, Zərəngiz Mansurova, AZƏRTAC
Bakı şəhərindəki 14 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Şahlar Şükürovun igidliyindən ətraflı söhbət açıb, onun ömür yolunun gənclərimizə örnək olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, polis mayoru Şahlar Şükürov 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanında Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşıb və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. Ölümündən iki il sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şerlər söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]