REGİONLAR


Milli Qurtuluş Günü Xaçmazda möhtəşəm bayram konserti ilə yadda qalıb

Xaçmaz, 15 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyəti və “ARB Media Qrup”un birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qeyd edib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yarandı və beləliklə 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Şəhər sakinlərinin və qonaqların izlədiyi konsert proqramında Xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev, həmçinin tanınmış incəsənət ustaları Namiq Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları bir-birindən maraqlı ifalarla çıxış ediblər.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Konsert proqramı iyunun 15-i saat 20:00-da “ARB”-də 21:30-da isə “ARB Günəş” telekanallarında yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.