ELM VƏ TƏHSİL


Milli Qurtuluş Günü dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olub

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də AMEA-nın Fəlsəfə İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıb. Bildirib ki, xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Digər çıxış edənlər də 1993-cü il iyunun 15-i tarixini qayıdış kimi qiymətləndiriblər. Tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsindən xilas etdi. Ulu Öndərin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artırılması sahəsində böyük işlər görüldüyü “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.