REGİONLAR


Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifələrindən biridir

Ağdam, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindən birini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikir Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edənlər ötən əsrin 1990-cı illərin əvvəllərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil edib, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoydu, ictimai-siyasi sabitliyə nail oldu. Həmin tarixdən sonra ölkə həyatının bütün sahələrində əsaslı dönüş başladı, əmin-amanlıq yarandı.

Qeyd edilib ki, müstəqil Azərbaycan respublikası bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan xalqı daha firavan gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.