CƏMİYYƏT


Milli Qurtuluş Günü münasibətilə Binəqədidə I respublika rəng festivalının final mərhələsi keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Binəqədi rayonunda məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbiri Bakı Humanitar Kollecinin rəqs qrupunun ifasında “Azərbaycan suitası” ilə başlanıb. Sonra I respublika rəng festivalı ilə bağlı videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra festivalın qalibləri mükafatlandırılıblar.

Mərasimdə çıxış edənlər qaliblərə təbriklərini çatdıraraq, onlara uğurlar diləyiblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında qeyd edib ki, milli qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Digər çıxışlarda da bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Sonra mərasim bədii hissə ilə davam edib.

Yekunda Xalq Artisti Azər Zeynalovun ifasında “Azərbaycan” və “Azərbaycanım” mahnıları səslənib, səhnədə qum üzərində rəsmlər nümayiş olunub.

Tədbir atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.