CƏMİYYƏT


Milli Qurtuluş Günü münasibətilə elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Xətai rayonundakı Uşaq Yaradıcılıq Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclərin iştirakı ilə elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə kosmik gəmi, mülki təyyarə, hərbi təyyarə, sualtı qayıq, yelkənli qayıq, hərbi gəmi, mülki gəmi və avtomobil modelləri, eləcə də “Səmərələşdiricilik və ixtiraçılıq” nominasiyaları üzrə 35 əl işi təqdim olunub. Onların içərisində ən yaxşı nümunələr mükafata layiq görülüblər.

Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.