ELM VƏ TƏHSİL


Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında keçirilən festival başa çatıb

Bakı, 14 iyun, AZƏRTAC

Məktəblilər arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Öz dünyanı boya” adlı birinci respublika rəng festivalı keçirilib.

Festivalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə təhsil alan 11 şagird qaliblər sırasında yer alıb.

Məktəblilərdən üçü birinci, üçü ikinci, dördü üçüncü yerə layiq görülüb. Bir şagird isə festivalın xüsusi mükafatını alıb.

Qaliblər diplom və mükafatlarla təltif olunublar.

Festivalı Təhsil Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və “Fab boya və kimya sənayesi” MMC birgə təşkil edib.

Festivala respublika üzrə 1000-dən artıq şagird tərəfindən iki minə yaxın rəsm təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.