ELM VƏ TƏHSİL


Milli Qurtuluşdan intibaha

Bakı, 12 iyun, AZƏRTAC 

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Milli Qurtuluşdan intibaha” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, ADPU-nun və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Milli Qurtuluş Günündən bəhs edən film nümayiş olunub.

Tədbirdə YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açıb, 1991-1993-cü illərdə ölkədəki ictimai –siyasi prosesləri təhlil edib. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər böyük risklərə və çətinlikləri baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmaya son qoyuldu, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, Azərbaycanın böyük problemləri həllini tapdı, ölkəmiz milli iqtisadi inkişaf yoluna qədəm qoydu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

YAP İcra katibinin müavini qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ulu Öndərimizdir.

M.Qurbanlı ümummilli lider Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən, Azərbaycan dövlətinin, müstəqilliyinin formalaşmasında, inkişafında və qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıblar.

Çıxış edənlər 1991-1993-cü illərdə Azərbaycanda baş verən siyasi prosesləri təhlil edib, o dövrdə torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, ölkədəki vətəndaş müharibəsindən, iqtisadi böhrandan danışıblar.

Bildirilib ki, Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin yeni şanlı səhifəsi başlanıb. Məhz bu gün xalqımız milli xilaskarımız ümummilli lider Heydər Əliyevin böyük vətənpərvərliyi, fədakarlığı, zəngin həyat və siyasi təcrübəsi, müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və gərgin zəhməti nəticəsində sabitlik və tərəqqi yoluna çıxıb, ölkəmizdə əsl hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.