Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

MTN-in əməkdaşlarının cinayət əməlləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

MTN-in əməkdaşlarının cinayət əməlləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bakı, 25 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində həyata keçirilən araşdırma nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanıb.

Belə ki, həmin nazirliyin Baş İdarəsinin sabiq rəisi Çovdarov Akif Teymurxan oğlu tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Akif Oqtay oğlu, Məmmədov Səlim İbrahim oğlu və Osmanov Orxan Hacısəfər oğlu ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz əməliyyatlar keçirərək sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib.

Nazirliyin digər Baş İdarəsinin sabiq rəisi Qurbanov Sübahir Xaliq oğlunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət almasına dəlalət edən sübutlar toplanıb. S.Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Fizuli Zülfüqar oğlu, Alıyev Natiq Allahverdi oğlu və Məmmədov Zaur İbiş oğlundan ibarət mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin mart ayında sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun, A.Zakirov və M.Quliyevin zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək hədə-qorxu gəlməklə külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə dair kifayət qədər əsaslar vardır.

Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstənin 2014-cü ilin dekabr ayında sahibkar K.Seyfullayevin olduğu avtomaşını güdərək onu nazirliyin inzibati binasına aparıb qanunsuz azadlıqdan məhrum etməsinə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad etməsinə dair faktlar müəyyən olunub.

Bundan əlavə, həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə araşdırmalar aparılır.

Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar Mustafa oğlunun və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların müraciətləri də araşdırılır.

Nazirliyin digər Baş idarələrinin sabiq rəisləri Quliyev Teymur Rəcəb oğlu və Mirvətova Natavan Mürsəl qızı, həmin qurumların digər vəzifəli şəxsləri Əzizov Elşad Əzizağa oğlu, Şirəliyev Anar Hacıçoban oğlu, Atayev Fərhad Tofiq oğlu və Əliyev Eşqin Dünyamalı oğlu səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ciddi zərər vurmalarına dair təkzibedilməz sübutlar əldə olunub.

Nazirliyin sabiq şöbə rəisi Ələkbərov Vüsal Hicran oğlunun sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi, azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına buraxması və barəsində olan cinayət təqibinə xitam verməsinə dair əsaslı faktlar müəyyən edilib. Bundan başqa, Vüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Nazirliyin digər əməkdaşı Abdullayev Mehman Dəmir oğlu sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

İstintaq zamanı, həmçinin müəyyən edilib ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Əsgərov Mirəziz Mirəşrəf oğlu sahibkar V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində bilib, sahibkar həmin pulu aldıqdan sonra onu qanunsuz saxlayaraq telefon danışıqlarına qulaq asıldığını deyib. M.Əsgərovun iş adamını həbs olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən sonra buraxması və gələcəkdə hesabına göndəriləcək pul vəsaitlərinin alınmasına maneə törətməmək üçün əlavə olaraq külli miqdarda pul almasına dair kifayət qədər dəlillər mövcuddur.

Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOBİA sədri: Başqırdıstan iş adamlarını tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub