ELM VƏ TEXNOLOGİYA


Milli Terminoloji İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi-tədqiqat işləri aparılır

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) yaradılması ilə bağlı elmi-tədqiqat işləri aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il MTİS üzrə elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metod və alqoritmlər işlənilib. Hazırda “web-mining” və veb-saytların optimallaşdırılması problemləri, virtual məkanda Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası, internet-medianın formalaşması problemləri üzrə isə internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Bundan əlavə, institutda elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın rəsmi www.science.gov.az portalının və AzScienceNet elm-kompyuter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların daimi dəstəklənməsi və digər işlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.