İQTİSADİYYAT


Milli Turizm Təbliğat Bürosunun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edilir

Bakı, 2 mart, AZƏRTAC

Martın 2-də Milli Turizm Təbliğat Bürosunun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin yekunları martın 15-də elan olunacaq.

Qalib tanınmış ictimai xadimlərin, rəssamların və dizaynerlərin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Müsabiqənin qalibinə 3 min manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqənin şərtlərinə görə təqdim olunacaq vizual tərtibatda ölkəmizin zəngin mədəniyyəti, tarixi, qonaqpərvərliyi və turizm imkanları əks olunmalıdır. Təqdim olunmuş işlərin qəbulu martın 14-də başa çatır.

Müsabiqəyə qatılmaq istəyənlər işlərini aşağıdakı elektron ünvana göndərə bilər: [email protected]

Qeyd edək ki, Azərbaycanda turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ilə ölkəmizin turizm sənayesi üçün yeni mərhələnin başlanğıcı qoyulub. Strateji Yol Xəritəsinə uyğun olaraq Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, eləcə də turistlərin məmnunluğunun artırılması missiyasını həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.