MƏDƏNİYYƏT


“Milli dəyərlər” mövzusunda plener təşkil ediləcək

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Sentyabrın 25-də “Art Villa” qalereyasında “Plener-11” keçiriləcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin təşkilatı dəstəyi ilə reallaşacaq plener “Milli dəyərlər” mövzusuna həsr olunacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbir təkcə rəsm əsərlərinin açıq səma altında yaradılmasını deyil, həm də çoxsaylı rəssamların bir yerdə çalışmasını nəzərdə tutur. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsildən olan fırça ustaları da iştirak edəcəklər.

Tədbir sənətkarların öz yaradıcılıqlarını təkmilləşdirmə forması kimi gənclərin, eləcə də təcrübəli rəssamların dəstəklənməsi məqsədilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.