ELM VƏ TƏHSİL


Milli dəyərlərin, dövlət rəmzləri və atributlarının təbliği işində gənclərin fəaliyyəti genişləndirilməlidir

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və BSU-nun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun prorektoru, dosent Xanım Sultanova seminarın mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib. Bildirilib ki, seminar gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilir.

Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov nazirliyin tədbirlər planına əsasən bölgələrdə maarifləndirici seminar-treninqlərlə bağlı işini davam etdirdiyini bildirib. Milli dəyərlərin, dövlət rəmzləri və atributlarının təbliği işində gənclərin fəaliyyətini yüksək dəyərləndirən Ə.Məmmədov bu təbliğatı gücləndirməkdə təhsilin vacib rolunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadə ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edilib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus məbədlərin qorunması, onların təmiri və yenilərinin inşası, ali dini təhsilli kadrların hazırlanması işinə də ciddi əhəmiyyət verilir.

BSU-nun Azərbaycanşünaslıq Tədris və Mədəniyyət Mərkəzinin müdiri Malik Kərimov, jurnalistika fakültəsinin dosenti Dürdanə Tahirli müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyi barədə danışıblar.

“Dəyirmi masa”da seminarın mövzusu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.