Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi müzakirə olunub VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin müzakirəsinə həsr olunan iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə müstəqilliyin bərpasının 25 illiyinin təntənəli qeyd olunduğunu söyləyib, bu müddətdə Azərbaycanda böyük yol qət edildiyini, bütün sahələrdə, o cümlədən iqtisadiyyatda mühüm nailiyyətlər qazanıldığını bildirib.

AMEA-nın rəhbəri hazırda Azərbaycanın növbəti inkişaf mərhələsinin başlanğıcında olduğunu söyləyib. Qeyd edilib ki, ölkəmiz post-neft dövrünə daxil olur. Bu dövrün özünəməxsus qanunauyğunluqları, iqtisadi siyasət çağırışları var. İqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin əsas prioritetləri olacaq. Bu səbəbdən, dövlətimizin başçısı yaxın illər üçün, eləcə də perspektiv üçün yeni iqtisadi islahatların yol xəritəsinin hazırlanması tapşırığı verib, bununla bağlı xüsusi sərəncam imzalayıb.

Akademik A.Əlizadə iqtisadi islahatların yol xəritəsində ayrı-ayrılıqda araşdırılan sektorların hər birinin qabaqcıl elmi nailiyyətlərdən faydalanmaqla inkişaf edə biləcəyini söyləyib. Bildirilib ki, həm bu sektorların, həm də yol xəritəsinə daxil edilmiş infrastruktur sahələrinin inkişafı elmi nailiyyətlərin sürətlə və səmərəli tətbiqini tələb edir. Strateji yol xəritəsi 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı ilə yanaşı, 2025-ci il və ondan sonrakı dövr üçün ümumi hədəfləri də müəyyənləşdirəcək.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasına əsaslanaraq ölkəmizdə iqtisadi islahatların yeni mərhələsini uğurla davam etdirir. Məruzəçi Strateji yol xəritəsinin hazırlanmasında dövlət orqanları ilə yanaşı, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrinin yaxından iştirak etdiyini deyib, sənədin inklüziv və əhatəli olması üçün bütün imkanlardan istifadə edildiyini bildirib.

N.Əmirov Strateji yol xəritəsi çərçivəsində bir il üçün təfsilatlı yol xəritəsi, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı kimi sənədlərin hazırlandığını diqqətə çatdırıb. Məruzəçi altı əsas istehsal və xidmət sektorunu, iki sosial sektoru və üç infrastruktur sektorunu əhatə edən strateji yol xəritəsinin növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacağını vurğulayıb.

AMEA-nın Strateji yol xəritəsinin hazırlanmasında yaxından iştirakını qeyd edən N.Əmirov bildirib ki, son illər ali elmi qurum kimi, akademiya Azərbaycan elminin innovativ yeniliklərinin milli iqtisadiyyatın ayrı-ayrı sektorlarına tətbiq edilməsi və əlavə iqtisadi dəyər yaratması məqsədilə islahatlarda fəal rol oynayır.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı “Azərbaycan iqtisadiyyatı: qlobal çağırışlar və milli strategiya” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, Azərbaycanda rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat quruculuğu, həmçinin dayanıqlı iqtisadi inkişaf xətti davam edəcək.

V.Qasımlı vurğulayıb ki, Azərbaycan iqtisadi artımın uzunmüddətli (potensial) səviyyəsini yüksəltməklə məcmu buraxılış kəsirini yaxşılaşdıracaq. Bunun üçün qısamüddətli dövrdə fiskal və monetar siyasətlərdən istifadə olunacaq, orta və uzunmüddətli dönəmdə isə məcmu təklifi dəstəkləyən investisiya mühiti və infrastruktur daha da yaxşılaşdırılacaq, bazarlara çıxış imkanları genişləndiriləcək, qlobal dəyər zəncirində mövqelər gücləndiriləcək.

Tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Milli iqtisadiyyatda islahatlar və gələcək perspektivlər” mövzunda məruzə ilə çıxış edib. Bildirilib ki, yol xəritəsi Azərbaycanın gələcəyinə xidmət edən sənəddir. Hazırlanan 12 kitabın müasir dünyada özünü doğruldan təcrübələrə əsaslandığını deyən akademik qeyd edib ki, bu nəşrlər ölkəmizdə gələcəkdə aparılacaq iqtisadi islahatların və iqtisadi inkişaf strategiyasının həlli məsələlərinə müsbət təsir göstərə bilər.

Z.Səmədzadə bəzi ölkələrdən fərqli olaraq Azərbaycanın özünün inkişaf modelini seçdiyini söyləyib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz vaxtda ümummilli lider Heydər Əliyevin cəsarəti, dövlət neft sektorunu və təbii sərvətləri özəlləşdirməməsi ölkəmizin bugünkü parametrlərə sahib olmasına imkan yaradıb.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov “Yol xəritəsi sənədi yeni iqtisadi konteksdə” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, yol xəritəsi əvvəlki inkişaf strategiyasından əhatə etdiyi dövr, konkretlik və hazırlanma texnologiyası etibarilə fərqlənəcək.

N.İmanov islahatlar çərçivəsində dövlət sektoru ilə özəl sektor arasındakı nisbətin ikincinin xeyrinə dəyişəcəyi, müəssisələrin vergi yükünün yüngülləşdiriləcəyi, biznes mühitinin yaxşılaşdırılacağı, xarici investorlar üçün daha əlverişli şərait yaradılacağı və digər bu kimi məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisinin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “İqtisadi islahatlarda elm və qa­nunvericiliyin rolu” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, yol xəritəsi Azərbaycan iqtisadiyyatının gələcəyi haqqında nikbin düşünməyə imkan verir. Nəşrlərlə yaxından tanış olduğunu deyən akademik sənəd hazırlanarkən dünya təcrübəsinin öyrənildiyini, eləcə də müzakirələrdə AMEA-nın mütəxəssislərinin də yaxından iştirak etdiklərini diqqətə çatdırıb.

İ.Həbibbəyli vurğulayıb ki, iclasın əsas məqsədi gerçəkləşdirilməsi nəzərdə tutulan iqtisadi və institusional islahatlarla bağlı son məlumatları dinləmək, AMEA-nın alim və mütəxəssislərinin fikirlərini ölkə ictimaiyyətinə təqdim etmək, eyni zamanda, iqtisadi islahatların elmi təminatı sahəsində akademiyanın vəzifələri haqqında, alimlərimiz qarşısında dayanan gələcək vəzifələr barədə fikir mübadiləsi aparmaqdır.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İqtisadi inkişafda müasir texnoloji imkanlar və İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edib. R.Əliquliyev əvvəlcə Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədləri və əsas vəzifələri barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb, əlverişli investisiya mühiti yaradılıb. Bu istiqamətdə həyata keçirilən ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda sürətli və dayanıqlı inkişafa nail olunub. Ölkəmizdə informasiya iqtisadiyyatının əsas sektorlarından biri olan biliklər iqtisadiyyatının inkişafı üçün də əlverişli zəmin yaradılıb, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunub, İKT sektoru milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilib.

Vurğulanıb ki, iqtisadiyyatın modernləşdirilməsi və dayanıqlı inkişafını təmin etmək üçün İKT-nin imkanlarından geniş və səmərəli istifadə edilməlidir. R.Əliquliyev İKT-nin tətbiqi ilə ənənəvi iqtisadi sferalarda baş verən ciddi keyfiyyət dəyişikliklərinə dair əyani misallar göstərib, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində qabaqcıl ölkələrin təcrübələrindən bəhs edib. Bildirilib ki, postneft dövrünün əsas iqtisadi dayaqlarından və ümid yerlərindən biri məhz İKT və biliklər iqtisadiyyatıdır. R.Əliquliyev çıxışında ən yeni İKT vasitələrinə əsaslanan iqtisadi perspektivlərdən də danışıb, Azərbaycanda İKT və biliklər iqtisadiyyatının inkişaf etdirilməsinə dair təkliflərini səsləndirib.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb