REGİONLAR


Milli iqtisadiyyatın strateji yol xəritəsi Lənkəranda müzakirə olundu VİDEO

A+ A

Lənkəran, 9 iyul, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin ictimai müzakirələrini bölgələrdə davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu silsilədən növbəti tədbir Lənkəran şəhərində Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik və Cəlilabad rayonlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və maliyyə nazirinin müavini Emin Hüseynov məruzə ediblər. Məruzəçilər həm "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi barədə, həm də ölkədə aparılan davamlı və sistemli islahatlar barədə məlumat veriblər.

İctimaiyyət nümayəndələri çıxış edərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinə dair təkliflərini səsləndiriblər.

Qeyd edək ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin müzakirəsi respublikamızın əksər bölgələrini əhatə edib. Növbəti belə ictimai müzakirə iyulun 19-da Qəbələ şəhərində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.