İDMAN


Milli komandalar yoldaşlıq görüşlərində güclərini sınayıblar

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

Bir çox futbol üzrə milli komandalar beynəlxalq yoldaşlıq oyunlarında güclərini sınayıblar.

AZƏRTAC xəbər verir ki, milli komandamız matça çıxmasa da, həm komandamızın dünya çempionatının seçmə mərhələsindəki rəqibləri, həm də milli çempionatımızda çıxış edən futbolçuların ölkələri yoldaşlıq oyunlarının iştirakçıları olublar.

“Qəbələ”nin futbolçusu Sergey Zenyovun da meydana çıxdığı oyunda Estoniya millisi Malta ilə bərabərliyə razılaşıb – 1:1. Estonların yeganə qoluna elə Zenyov imza atıb. Gecənin digər oyununda “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi Mərakeşlə qolsuz bərabərliyə razılaşıb.

Milli komandamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Çexiya isə Ermənistan millisi ilə qarşılaşıb. Matç çexlərin böyük hesablı (3:0) qələbəsi ilə yekunlaşıb. Seçmə mərhələdəki digər rəqibimiz Norveç isə Belarusa uduzub – 0:1. Rəqibimiz Almaniya isə Finlandiyanı iki cavabsız qola məğlub edib.

Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə - Rusiya görüşü isə heç-heçə başa çatıb - 0:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.