İDMAN


Milli komandalarımızın dünya çempionatının ikinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Lüksemburqda 2018-ci ildə təşkil olunacaq voleybol üzrə dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, qadın və kişilərdən ibarət milli komandalarımızın da rəqibləri müəyyənləşib.

Qadınlardan ibarət yığmamız “E” qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun görüşləri gələn il mayın 30-dan iyunun 4-dək Azərbaycanda keçiriləcək.

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq. Bu komandalar arasındakı görüşlər mayın 23-28-də Fransada oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.