MƏDƏNİYYƏT


“Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsinə start verib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği”- www.CultNews.az layihəsinə start verib.

Bu barədə AZƏRTAC-a ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov məlumat verib. Layihənin aktual mövzuya həsr olunduğunu deyən S.Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: “İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil edir, həm də öz turizm imkanlarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi tələbatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif edib”.

Qeyd edək ki, ilkin mərhələdə iki ay davam edəcək layihə çərçivəsində yaradılacaq internet resurs mərkəzinin isə uzunmüddətli fəaliyyəti planlaşdırılıb. Eyni zamanda işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsi və davamlı təbliğini, dünya mədəni irsinə erməni vandalizminin vurduğu ziyanla bağlı müxtəlif innovativ sorğular keçirilərək nəticələrinin beynəlxalq təşkilatlara göndərilməsi, sosial şəbəkələrin mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.