REGİONLAR


Milli mətbuatımızın yaranmasının 142-ci ildönümü Gəncədə qeyd edilib

Gəncə, 22 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə 22 İyul - Milli Mətbuat Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, milli mətbuatın yaranmasının 142-ci ildönümü münasibətilə keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Gəncədə fəaliyyət göstərən mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sevda Qurbanəliyeva çıxış edərək mətbuat işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 142 il əvvəl görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib, milli-mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb. Milli mətbuatın yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Mətbuatımızın inkişafı və çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gəncə şəhərində də media işçilərinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, onların səmərəli fəaliyyətlərinə dəstək verilir.

“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova, AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu çıxış edərək, mətbuat işçilərinə hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Mətbuat nümayəndələri bundan sonra da yorulmaz və fədakar fəaliyyətləri ilə hər zaman dövlətimizin və xalqımızın mənafeyinə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən yüksək etimadı qoruyub saxlayacaqlarına söz veriblər.

Sonda bir qrup mətbuat nümayəndəsinə Gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.