MƏDƏNİYYƏT


Milli qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcək

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcək.

Filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlar Milli qəhrəmanlar - Tofiq Hüseynov, Ələsgər Novruzov, Aqil Məmmədov, Şikar Şikarov, Sərxan Ocaqverdiyev, Pərviz Səmədov, Əliyar Əliyev, Elman Hüseynov, Zakir Yusifov, Elşad Yəhyayev, Əlif Hacıyev, Şövgiyar Abdullayev, Şahlar Hüseynov və İlqar İsmayılova həsr olunmuş “Mən Xocalını tərk etməyəcəyəm”, “Qəhrəmanlığa gedən yol”, “Məmmədov Aqil”, “Qərargah rəisi”, “Tarixdə adı qalan”, “Ata adı”, “Pəhləvan komandir”, “İlk komandir”, “Səma cəngavəri”, “Bacı yaddaşı”, “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam”, “Oğul dərdi” və “Ən yüksək zirvə” filmləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.