İDMAN


Millimiz FİFA-nın reytinq cədvəlində 3 pillə irəliləyib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

FİFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hesabında 252 xal olan Azərbaycan millisi 133-cü yerdə qərarlaşıb. Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız bir xal itirsə də, üç pillə irəliləyib. Buna 2018-ci il dünya çempionatının seçmə mərhələsinin ilk oyunu səbəb olub. Hesabat dövründə San-Marinonu 1:0 hesabı ilə məğlub edən yığmamız irəliləyişə imza atıb.

Millimizin irəliləyişinə digər ölkələrin nəticələri də səbəb olub. Ötən ay yığmamızı qabaqlayan Anqola, Tailand, Gürcüstan, Puerto-Riko geriləməklə daha aşağı yerlərə yuvarlanıblar.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika ikinci sırada qalsa da, Kolumbiya üçüncü pilləni əldən verib. Almaniya cənubi amerikalıları dördüncü yerə göndərib. Beş pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan kənar düşsə də, Uruqvay və Uels orda qərarlaşıb.

Qeyd edək ki, Türkiyə yığması 21-ci yerə yuvarlanıb. İki pillə geriləyən “ay-ulduzlular” 885 xala malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.