İDMAN


Millimiz Qranatkin turnirində İranla üz-üzə gələcək

Bakı, 14 yanvar, AZƏRTAC 

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşan komandamız İran yığması ilə qarşılaşacaq.

Cənub qonşularımız son matçda moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.