İDMAN


Millimizin voleybolçusu “Yamamay” - “Firenze” görüşünün ən dəyərli oyunçusu seçilib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC 

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının üzvü Odina Bayramovanın çıxış etdiyi “Firenze” komandası “Yamamay”ın qonağı olub.

Görüş yığmamızın üzvü üçün uğurlu olub. “Firenze”nin 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Odina Bayramova ən dəyərli oyunçu seçilib. Millimizin kapitanı görüşdə bombardirliyə də şərik olub. O, komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.

Hesabında 11 xal olan “Firenze” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Modena” ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.