REGİONLAR


Milutin Stefanoviç: Qəbələdən Serbiyaya böyük sevinclə yola düşəcəm VİDEO

Qəbələ, 8 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Bu, mənim Qəbələyə ilk səfərim idi və iki gün ərzində rayonla tanış oldum. Mən burada Dünya Kuboku yarışlarının Qəbələ mərhələsində qalib gəldim və bu ilin oktyabrında Hindistanda keçiriləcək final mərhələyə vəsiqə qazandım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ Stend və Ox Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışların növbəti mərhələsində tüfəngdən 10 metr məsafəyə atəş açma üzrə birinci yeri tutan Serbiya idmançısı Milutin Stefanoviç deyib.

“Burada mənim Çin, Fransa, Rusiya, Türkiyə və Macarıstandan güclü rəqiblərim var idi. Onlar tanınmış idmançılar idi. Lakin sonda mən qalib oldum. Qəbələdən Serbiyaya böyük sevinclə yola düşəcəm. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacam”, - deyə o bildirib.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan idmançı deyib: “Gözəl təbiət qoynunda, paytaxtdan uzaq bir bölgədə belə mühüm idman tədbirinin keçirilməsi, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradılması məni heyran etdi. Bunu öz ölkəmdə mütləq qeyd edəcəm. Burada dünyanın ən reytinqli idmançıları bir araya gəlib. Bu baxımdan Dünya Kubokunun Qəbələ mərhələsini yüksək qiymətləndirirəm və burada olmaqdan çox məmnunam. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Azərbaycanda da çoxlu idmançı dostlarım var. Mənim bu idman tədbirində iştirakım, eyni zamanda, ölkənizi yaxından tanımağım üçün yaxşı imkan oldu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.