MƏDƏNİYYƏT


Mingəçevir Dövlət Dram Teatrında üç tamaşa hazırlanır

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində maraqlı tamaşalar təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağı sentyabrın 16-da İranın “Nəğab teatrı”nda “Kütləvi xoşbəxtlik”, sentyabrın 18-də Gəncə Dövlət Dram Teatrında “Dəli yığıncağı” və sentyabrın 20-də Azərbaycan Dövlət Rus Dram Teatrında “Yeddi gözəl” əsəri əsasında səhnələşdirilən tamaşalarla çıxış edəcək.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli rus yazıçısı H.V.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.