REGİONLAR


Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri könüllü olaraq İİV-ə qarşı müayinədən keçiblər

A+ A

Mingəçevir, 23 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ölkəmizdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədilə Mingəçevir Dövlət Universitetində “İİV/QİÇS-lə testləşmə milli kampaniya”sı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə təşkil edilən kampaniya çərçivəsində universitetin 258 nəfər müəllim və tələbəsi könüllü olaraq İnsanın İmmunçatışmazlığı Virusuna qarşı test müayinəsindən keçib. Müayinələr əsasən iş otaqlarında, auditoriyalarda tədris prosesindən ayrılmayaraq 15-20 dəqiqə ərzində ekspress-test üsulu ilə həyata keçirilib. Universitetdə ilk dəfə icra olunan müayinələr İİV statusunu müəyyən etməyə imkan yaradıb.

Müayinələrlə yanaşı, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri universitetdə çalışan pedaqoji heyətlə və tələbələrlə testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı məsləhətləşmələr keçirib, onlara broşür, bukletlər, döş nişanı və plakatlar paylayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.