Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir, Göyçay, Qəbələ və Ağdaşda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

Mingəçevir, 20 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir Turizm Kollecində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Əvvəlcə tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə dövlətçilik ənənələrindən, xalqın mübarizə tarixindən və 20 Yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib. Eyni zamanda, monitor vasitəsilə sərgi iştirakçılarına 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub.

AZƏRTAC xəbər verir ki, kollecin Heydər Əliyev adına İdeoloji Mərkəzində keçirilən “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi nəzəri konfransda təhsil ocağının direktoru, professor Əyyub Əyyubov çıxış edərək 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və sovet ordusunun törətdiyi terror hadisələrinə qəti etiraz etdiyini diqqətə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb. O bildirib ki, hələ uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq.

Konfransda “Azadlığını canından əziz tutan xalq”, “20 Yanvar xalqımızın qürur və mübarizə tarixidir”, “20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür”, “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir”, “Ulu öndər Heydər Əliyevin qanlı aksiyaya sərt etirazı və xalqımızın haqq səsinin dünyaya yayılması” mövzularında məruzələr dinlənilib.

Sonra kollecin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, tələbələrə faciəni əks etdirən kitablar, jurnallar və bukletlər paylanılıb.

Sonda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.

Qeyd edək ki, kollecin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı tələbələr arasında inşa yazı müsabiqəsi keçirilib, divar qəzetləri hazırlanıb, xüsusi dərslər keçirilib, faciənin mahiyyətinin izah edilməsi üçün söhbətlər aparılıb.

X X X

Yanvarın 20-də Göyçay rayonundakı “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə, eləcə də şəhid məzarları üstünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar. Sonra “Qurani-Kərim” oxunub, şəhidlərin ruhuna dualar edilib.

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Göyçay rayonunda da 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X X X

Qəbələ rayonunda 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər Şəhidlər xiyabanında faciə qurbanlarının xatirəsini yad ediblər. Abidə kompleksi önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər 28 il əvvəl sovet ordusu tərəfindən törədilən faciənin dəhşətlərindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.

Daha sonra Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məscidlərdə dini mərasimlər keçirilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, faciənin 28-ci ildönümü ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilib, orta məktəblərdə faciə ilə bağlı xüsusi dərslər keçirilib.

X X X

Ağdaş rayonunda da mədəniyyət və təhsil işçiləri, eləcə də mərkəzi kitabxananın kollektivi, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanına toplaşaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Faciənin 28-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbirə toplaşanlar əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər bildirib ki, o qanlı şənbə gecəsində xalqımız öz müstəqilliyini və azadlığını hər şeydən uca tutduğunu bir daha sübut edib. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətdən danışılıb. Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib.

Həmçinin mərasimdə 20 Yanvar şəhidlərindən olan və qədim Ağdaş torpağının yetirməsi Müşfiq İsayevin xatirəsi ehtiramla yad edilərək onun həyat yolu haqqında danışılıb.

Sonra şəhid Müşfiq İsayev adına orta məktəbin, Nizami adına 2 saylı orta məktəbin şagirdlərinin ifasında 20 Yanvar hadisələrinə və ölməz şəhidlərimizə həsr olunan şeirlər söylənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO