İQTİSADİYYAT
“Mingəçevir” SES-də ötən ay 39 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 25 noyabr, AZƏRTAC
“Mingəçevir” su elektrik stansiyasında (SES) bu ilin 10 ayında 377,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. O cümlədən, cari ilin oktyabr ayında 39,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Mingəçevir” su elektrik stansiyası silsiləsində avadanlığın iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılıb. Müəssisədə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilib. Hazırda burada yenidənqurma işləri davam etdirilir.