REGİONLAR


Mingəçevir şəhər Məşğulluq Mərkəzi 804 nəfəri işlə təmin edib

Mingəçevir, 11 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhər Məşğulluq Mərkəzi işsiz vətəndaşların məşğulluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır, idarə və təşkilatlarla mütəmadi əlaqə saxlayaraq vakant iş yerləri barədə məlumatlar toplayır.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə 4867 işaxtaran vətəndaşın müraciəti qeydiyyata alınıb. Müraciət edənlərin 804 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onların da 180-i qadın, 187-si gəncdir. Vətəndaşlar əsasən tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, otel, mağaza və restoranlarda işlə təmin edilib.

Bundan əlavə, məşğulluq mərkəzi 321 nəfərə işsizlik statusu verib, 355 nəfərə isə müavinət ödəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.