REGİONLAR
Mingəçevir şəhərində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş
Ağcabədi, 3 sentyabr, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri Mingəçevir şəhərində məskunlaşmış həmyerliləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və laçınlı məcburi köçkünlər iştirak ediblər.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
İcra hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.