MƏDƏNİYYƏT
Mingəçevir turizm məkanı
Bakı, 20 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzinin 2014-cü il üçün iş planına əsasən “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzusunda regionlarda silsilə tədbirlər keçirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu silsilədən olan növbəti “dəyirmi masa” noyabrın 20-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşıb.
Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsi ilə birlikdə təşkil etdiyi tədbirdə “Mingəçevir şəhərində turizm sahəsinin inkişafı istiqamətində aparılan işlər”, “Regionların sosial-iqtisadi inkişafında turizmin rolu”, “Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması”, “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı”, “Müstəqillik dövrü- turizmin inkişaf mərhələsi”, “Mingəçevirdə turizmin digər növlərinin inkişaf istiqamətləri” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.