CƏMİYYƏT


Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə mərkəzdən idarə olunacaq

A+ A

Bakı, 6 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən imzalanmış 2016-cı il 29 noyabr tarixli Fərmana əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib. Məlumata görə, 2017-ci il yanvarın 1-dən pilot layihə başa çatanadək həmin qurumların maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini agentlik həyata keçirəcək. Fərmanın əsas məqsədi icbari tibbi sığortanın pilot olaraq sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin vahid mərkəzdən idarə edilməsindən ibarətdir.

Agentliyin qarşısında duran əsas vəzifələr pilot ərazilərdəki tibbi xidmət şəbəkəsindən və resurslardan səmərəli istifadə etmək, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.