REGİONLAR


Mingəçevirdə 12 noyabr - Konstitusiya Günü qeyd edilib

A+ A

Mingəçevir, 11 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

12 noyabr - Konstitusiya Günü münasibətilə Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda keçirilən konfransın iştirakçıları əvvəlcə tələbələrin bu əlamətdar gün münasibətilə hazırladıqları əl işləri və rəsm əsərləri ilə tanış olublar. Sonra Konstitusiya tariximizə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müstəqil Azərbaycanın indiki qüdrətli günlərə yetişməsində vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn Konstitusiyanın böyük rolu olduğunu bildirib. Ə.Əyyubov Konstitusiya Gününün tarixi əhəmiyyətindən, onun hər bir dövlət üçün əsas qanun rolunu oynamasından söhbət açıb.

“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” adlı məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi Sahib Əliyev belə önəmli tədbirlərin təşkilində daim fəallıq nümayiş etdirən kollec kollektivinə şəhər rəhbərliyi adından təşəkkürünü bildirib.

Kollecin müəllimləri İbrahim Əyyubov, Sevda Kərimova, Jalə Məmmədova və Nərgiz Əliyeva “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın rolu”, “Referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir” və “ Azərbaycan Respublikasının inkişafında Konstitusiyanın həlledici mahiyyəti” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda kollecin tələbələri arasında 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olunub.

Konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.