REGİONLAR


Mingəçevirdə 140,7 milyon manatlıq sənaye məhsulu istehsal olunub

A+ A

Mingəçevir, 18 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Bu ilin 9 ayı ərzində Mingəçevir şəhərinin istehsal müəssisələrində 140,7 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Şəhərdə tikinti-quraşdırma işlərinə 22,2 milyon manat xərclənib, əsas kapitala 23,4 milyon manat vəsait yönəldilib. Sentyabrın 21-də Mingəçevirə səfər edən Prezident İlham Əliyev şəhərdə yeni açılan Tarix Muzeyinə baxış keçirib, Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib, Sahil və Füzuli parklarında aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Görülən işlərə yüksək qiymət verən dövlətimizin başçısı Mingəçevirdə aparılan işlərin miqyasının genişləndirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri üçün əlavə 5 milyon manat vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Mingəçevirdə 9 ayın yekunlarına həsr olunan yığıncaqda səsləndirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, hesabat dövründə şəhərin Nizami, Dilarə Əliyeva küçələrində, Səməd Vurğun meydanında, Sahil parkında, 13, 14, 16, 75, 87, 94 saylı məhəllələrdə 190 ədəd yeni işıqlandırma sistemi quraşdırılıb, küçə və məhəllədaxili ərazilərə 3,7 min kvadratmetr dekorativ tamet döşənib, 4,8 min metr səki daşları düzülüb, 50 min kvadratmetrdən çox asfalt örtük salınıb, əsaslı təmir olunan dam örtüklərinə 11 min kvadratmetr metal kirəmit çəkilib. Bundan əlavə, ötən 9 ay ərzində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən 4,7 milyard kilovatsaat, “SES Silsiləsi” MMC tərəfindən isə 458 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Eyni zamanda, Mingəçevirdə təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin maddi-texniki bazasının genişləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

Tədbirdə, həmçinin idarə və təşkilat rəhbərlərinin əhaliyə göstərilən xidmətlər barədə hesabat məruzələri dinlənilib.

Yığıncaqda vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.