REGİONLAR


Mingəçevirdə “İnnovasiyaların təşviqi və startapların inkişafı” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın bölgələrində startap hərəkatını formalaşdırmaq, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək vermək, innovasiyaların və texnologiyaların təşviqini genişləndirmək məqsədilə Mingəçevirdə "İnnovasiyaların təşviqi və startapların inkişafı" adlı seminar keçirilib. Mingəçevir Dövlət Universitetində keçirilən tədbirin təşkilatçısı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Gənclər Evinin, həmçinin "HTech İnvest" şirkətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzi layihələrin qəbuluna start verib.

Layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək. Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaq. Bundan başqa, İnkubasiya Mərkəzində lazımi şəraitlə yanaşı, digər imkanlardan da yararlanmaq mümkün olacaq. Belə ki, layihə rəhbərləri mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.