REGİONLAR


Mingəçevirdə “Karyerada ilk addım” devizi altında məşğulluq tədbiri təşkil edilib

A+ A

Mingəçevir, 7 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin 200-dən çox tələbə və məzunu iştirak edib.

Gənclərə şəhərdə fəaliyyət göstərən 20 idarə, müəssisə və təşkilat tərəfindən 82 boş iş yeri təqdim edilib. Məlumat verilib ki, 2007-ci ildən başlayaraq Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən Bakı, Gəncə və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunur.

Bildirilib ki, “Karyerada ilk addım” devizi altında Mingəçevirdə ənənəvi olaraq hər il keçirilən bu məşğulluq tədbirinin əsas məqsədi məzun və tələbələrə təhsil aldıqları ixtisas üzrə əmək bazarında olan tələbat barədə məlumat vermək, iş adamlarına gələcək kadrların seçiminin aparılmasına, məzun və tələbələrin ixtisasları üzrə vakant iş yerlərinə cəlb olunmalarına kömək göstərməkdir.

Çıxışlardan sonra tələbə və məzunlar idarə və təşkilat əməkdaşlarının təqdimatında əmək bazarı ilə yaxından tanış olub, işəgötürənlər boş iş yerlərini təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.