REGİONLAR


Mingəçevirdə “Nərd” Milli Oyunu üzrə şəhər çempionatı başa çatıb

A+ A

Mingəçevir, 24 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq, “Nərd” Milli Oyunu üzrə şəhər çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin “Dostluq” parkında təşkil olunan çempionatda 64 idmançı mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd şəhər zəhmətkeşlərinin və yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin formalaşdırılmasıdır.

Dörd gün davam edən “Nərd” Milli Oyunu üzrə şəhər çempionatında Mehman Qurbanov birinci yeri tutaraq diplom və nərdlə mükafatlandırılıb. Şəhər sakini Bəhlul Yusibov və Fərman Məmmədov ikinci və üçüncü yerlərə çıxıblar. Onlara diplom və kubok təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.